Sabahdan bu marşrut xətti də “BakıKart”a keçir

Sabahdan daha bir marşrut xətti üzrə avtobuslar “BakıKart”a keçir.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, 194 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı sabahdan “BakıKart” vasitəsilə ödəniləcək.