Fransa Azərbaycana 400 min avro bağışlayır – SƏBƏB

“Beynəlxalq əməkdaşlığa ehtiyac duyulan başqa bir sahə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün ərazilərin minalardan təmizlənməsidir”.

ONN media xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz “Twitter” səhifəsində yazıb.

“Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə rəsmi olaraq ANAMA-ya bu məlumat verməkdən məmnunam. Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro bağışlamaq niyyətindədir” – deyə səfir vurğulayıb.