Bu hücumlar qınanmalıdır – Ceyhun Bayramov

Xarici İşlər naziri Ceyhun Bayramov tvitter səhifəsində 9 sentyabr – Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib.

ONN media  xəbər verir ki, o, dayanıqlı gələcəyin təminatı üçün insanların təhsil hüququnun olmasının vacibliyini vurğulayıb.

XİN başçısı bildirib ki, təhsilə olan hər növ hücum beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalıdır.

“Ermənistanın təxribatı nəticəsində həyatı və təhsili yarımçıq qalan övladlarımızı dərin kədərlə yad edirik” – deyə nazir C.Bayramov əlavə edib.