Bağlanda qanlı toqquşma: “Taliban” itki verərək geri çəkildi

Əfqanıstanın Bağlan əyalətində “Taliban” hərəkatının üzvləri ilə milli müqavimət cəbhəsinin silahlıları arasında döyüşlər yenidən başlayıb.

ONN media xəbər verir ki, Bağlanda, Puli-Xisar regionunda taliblər və müqavimət qüvvələri arasında sentyabrın 12-də başlayan döyüşlərdə “Taliban” silahlıları itki verərək geri çəkilmək məcburiyyətində qalıblar.