Türkiyə ordusu daha 4 terrorçunu MƏHV ETDİ

“Fırat Kalkanı” əməliyyatının keçirildiyi bölgədə təxribata əl atan PKK/YPG terror təşkilatının 4 silahlısı məhv edilib.

ONN media  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Məhmətçik terrora və terroristə imkan vermir”, – nazirlikdən bildirilib.