Yaqub Zurufçu harada dəfn olunacaq?

Əməkdar artist Yaqub Zurufçu bu gün saat 13:00-da “Qurd qapısı” qəbiristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin yanında dəfn olunacaq.

ONN media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə məlumat verib.

Allah rəhmət eləsin!