Azərbaycan və İranla birlikdə ora müraciət etmişik – Ərdoğan

Atalarımızın miras qoyduğu bu köklü qurumla fəxr edirik və sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESKO-ya təqdm etdik.

ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “2021 UNESKO Ahi Evran Anma ili – Ahi Evranın izi ilə sahibkarlarla görüş” tədbirində bildirib.

O, Ahi Evrana dair sənədləri Azərbaycan və İranla birlikdə hazırlayıb UNESKO-ya təqdim edərək 2021-ci ili Ahi Evran ili elan etdiklərini vurğulayıb.