Erməni hərbçi Azərbaycanla Gürcüstanı dəyişik saldı – VİDEO

44 günlük savaş nəticəsində ordusu darmadağın olan Ermənistan hazırda sərhədlərini qorumaq üçün yaşlı insanların günəmuzd xidmətindən istifadə edir. 

Sərhəd bölgələrində yerləşən kənd sakinləri növbə ilə sərhəddə keşik çəkməyə çıxırlar. Bu fəaliyyət onlar üçün sərhəd qorumaqdan daha çox, məvacib almaq və vaxt keçirmək, əyləncədir. Xüsusilə, yaşlı sakinlərin xidmətə cəlb olunması aşağıda təqdim etdiyimiz videoda olduğu kimi bəzən gülməli səhnələrə səbəb olur. 

Bu video Ermənistan ordusunda hazırkı vəziyyəti təsvir edir. Ölkənin şimalında “xidmət keçən” yaşlı hərbçi Gürcüstan istiqamətinə baxır, oranı Azərbaycan zənn edir.(turkustan.az)