Eldar Həsənovun məhkəməsi təxirə salındı (YENİLƏNDİ)

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, E.Həsənovun səhhətində problem yaranıb.

Buna görə də məhkəmə iclası sentyabrın 20-dəktəxirə salınıb.