Daşkəsəndə itkin düşən şəxslər minaya düşüblər

Daşkəsən rayonunda bir neçə ay öncə itkin düşənlərin meytləri aşkarlanıb.

ONN media  xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapılıb.

Artıq onların nəşi həmin ərazidən çıxarılaraq ekspertizaya təqdim edilib.