Almaniyada parlament seçkiləri başladı

Almaniya Bundestaqına seçkilərdə səsvermə başlayıb.

ONN media  xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00-da) açılıb.

Rəsmi məlumata görə, ölkə əhalisinin 60,4 milyon nəfər vətəndaşının səsvermə hüququ var. Onlar ölkənin yeni parlamentinin tərkibini müəyyənləşdirəcəklər.

Seçkilərdən sonra Bundestaqda yeni kanslerin rəhbərliyi altında yeni hökumət formalaşdırılacaq.