Zakir Həsənov Türkiyə milli müdafiə nazirinin müavinini təltif etdi
Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dere Azərbaycanın “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.
ONN media xəbər verir ki, bununla bağlı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
M.Dere bu medala Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlıq etdiyinə görə layiq görülüb.