SOS: Üçdə ikisi yox oldu – “Ən tənbəl canlılar”ın həyatı təhlükədə

Avstraliyada quraqlıq, yanğın və ağacların kəsilməsi səbəbiylə son üç ildə koalaların sayı 30 faiz azalıb.

ONN media xəbər verir ki, Avstraliya Koala Fondu hökuməti heyvanların yaşayış yerlərini qorumaq üçün tədbirlər görməyə çağırıb.

Qurum Yeni Cənubi Uels ştatında 41 faiz nisbətində azalmadan sonra ölkənin koala populyasiyasının 58 000-dən az olduğunu açıqlayıb.

2018-ci ildə ölkədə təxminən 80 000 koalanın olduğu bildirilib.