Ronaldonun sürücüsü benzin ala bilmədi – 7 saat növbə

İngiltərədəki yanacaq böhranından əziyyət çəkənlərdən biri də futbol ulduzu Kristiano Ronaldo olub.

ONN media  xəbər verir ki, Ronaldonun şəxsi sürücüsü və mühafizəçiləri Mançesterdəki yanacaqdoldurma məntəqəsində təxminən 7 saat gözləyib.

Onlar benzin ala bilməyərək məntəqəni tərk ediblər.

Qeyd edək ki, İngiltərənin Avropa Birliyindən çıxması ilə AB vətəndaşı olan TIR və yük maşını sürücülərinin sayı azalıb. Bu səbəbdən ölkədə yanacaq təchizatında böyük problemlər yaranıb. Sürücülərin olmaması tədarük zəncirini pozduğundan 1 həftədir ki, İngiltərədə benzin növbələri yaranır. Vətəndaşlar benzin almaq üçün uzun növbələrdə saatlarla gözləyir.