Daha bir sinif koronavirusa görə bağlandı

Bakı şəhəri 225 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini COVİD-19 infeksiyasına yoluxub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, direktor müavini digər şəxslərlə təmasda olmadığına görə məktəbdə heç bir sinif distant təhsilə keçməyib. Hazırda məktəbdə əyani təhsil davam edir.

İdarədən bildirilib ki, paytaxtdakı 51 nömrəli tam orta məktəbin 1a sinfinin müəllimi də​ COVİD-19 infeksiyasına yoluxub. Müəllimin infeksiyaya yoluxduğu təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.