28 May-Müstəqillik, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü oldu

Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.   

ONN media xəbər verir ki, layihə səs çoxluğu ilə üçüncü oxunuşda qəbul edilib.  

Qeyd edək ki, bundan sonra 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcək.