Bayramov xorvatiyalı həmkarı ilə görüş keçirir

Xarici İşlər naziri Ceyhun Bayramov və Xorvatiya Xarici və Avropa İşləri naziri Qordan Qrliç Radman arasında geniş tərkibli görüş keçirilir.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Xorvatiya Respublikasının Xarici və Avropa İşləri naziri Qordan Qrliçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində dünən xorvatiyalı naziri Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.