Ankaradan Füzuli aeroportuna ilk təyyarə gəldi

Ankaradan yola düşən Türkiyənin A400M nəqliyyat təyyarəsi Füzuli beynəlxalq hava limanına eniş etmək üzrədir.

ONN media xəbər verir ki, bu haqda Feysbuk sosial şəbəkəsində müxtəlif səhifələrdə məlumat paylaşılıb.

Qeyd edək ki, bununla bağlı rəsmi açıqlama verilməyib.