Mahir Emrelinin baş məşqçisi istefaya göndərildi

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu baş məşqçi Çeslav Mixneviçlə yollarını ayırıb.

ONN media  xəbər verir ki, polşalı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Onu bu vəzifədə köməkçi məşqçi Marel Qolebievski əvəzləyəcək.