Dövlət başçıları Zəngilanda ağac əkiblər

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.

ONN media xəbər verir ki, daha sonra iki ölkənin liderləri ərazidə ağac əkiblər.