Azərbaycanda deputatlara sığorta ödənişi ediləcək

Milli Məclisin deputatı az ağır xəsarət aldıqda ona sığorta ödənişi ediləcək.

ONN media xəbər verir ki, bununla bağlı “Milli Məclisin deputatı haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə Milli Məclisin deputatı az ağır xəsarət aldıqda ona 10 faiz sığorta ödənişi ediləcək.