Şəhriyardan gözlənilməz etiraf: Oksananın övladının atasıyam

Aparıcı Şəhriyar Əbilov “Tam vaxtıdır” verilişində gözlənilməz etiraf edib.

ONN media xəbər verir ki, onun sözləri şou-biznes aləmində şok effekti yaradıb. Belə ki, o, rəqqasə-aktrisa Oksana Rəsulova ilə evli olduqlarını və bu izdivacdan övladlarının dünyaya gəldiyini bildirib.

“Oksana ilə 15 ildir dostam. Zaman keçdi, bizim “Lal yuxu” serialımız oldu və həmin serial dönəmində bir-birimizə hisslərimiz yarandı. Artıq 4 ildir ki, evliyik. 3 yaşında oğlumuz var, onunla nəfəs alıram, Bu söhbətə son qoymaq istəyirəm və bir də qayıtmaq istəmirəm”, – deyə Şəhriyar qeyd edib. 

Xatırladaq ki, Oksana Rəsulova hamilə qaldığı dönəmlərdə medianın gündəmindən düşmürdü. Onun həyat yoldaşının və ya övladının atasının kim olduğu tez-tez şou-biznes jurnalistləri tərəfindən araşdırılırdı.