ONN İnformasiya Agentliyi

İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul etdi

İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul etdi
03 Noyabr 2021 - 17:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Xorvatiya Respublikasının sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

Söhbət zamanı “COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.

Görüşdə Prezident İlham Əliyevin Xorvatiyaya səfəri və həmin səfər zamanı Kolinda Qrabar-Kitaroviçlə görüşü məmnunluqla xatırlanıb, bu səfərin əlaqələrimizin genişləndirilməsində rolu qeyd edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png