ONN İnformasiya Agentliyi

Binəli Yıldırım “YAŞAT Fondu”na 1 000 manat ianə etdi

Binəli Yıldırım “YAŞAT Fondu”na 1 000 manat ianə etdi
04 Noyabr 2021 - 20:33

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım “Yaşat” Fonduna 1000 manat ianə edib.

ONN media  xəbər verir ki, B.Yıldırım bu gün nümayəndə heyəti ilə “Zəfər Yarmarkası”nı ziyarət edib.

Ziyarət çərçivəsində sabiq nazir yarmarkada nümayiş etdirilən hərbi texnika və satış mərkəzləri ilə tanış olub. Ona “Zəfər Yarmarkası”nın əhəmiyyəti və məqsədi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, oktyabrın 29-da başlayan yarmarka noyabrın 9-dək davam edəcək. Yarmarkadan əldə edilən gəlir “Yaşat” Fonduna ianə olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png