ONN İnformasiya Agentliyi

Kürdəmirdə şadlıq sarayının rəhbərliyi cərimələndi

Kürdəmirdə şadlıq sarayının rəhbərliyi cərimələndi
04 Noyabr 2021 - 21:46

Kürdəmirdə reyd zamanı “Muradxan” şadlıq sarayı cərimələnib.

ONN media  xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları COVID-19 pandemiyasına qarşı tədbirlər planına uyğun olaraq rayon ərazisində karantin rejiminin qaydalarını pozanlara qarşı reyd keçirib.

Bu dəfə polis əməkdaşları rayon ərazisində fəaliyyət göstərən “Muradxan” şadlıq sarayında keçrilən toy zamanı zalda qonaqların sayının 150-dən çox olduğunu aşkarlayıblar.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şadlıq sarayının rəhbərliyi karantin qaydalarına riayət etmədiyi məlum olub. Buna görə də şadlıq sarayının rəhbərliyi inzibatı xətalar məcəlləsinin müvafiq bəndinə əsasən 4 000 manat cərimə olunub.

Bununla yanaşı, polis əməkdaşları rayonun Sığırlı, Ərəbqubalı, Yenikənd, Şilyan və Qarasu kəndlərində toy zamanı qonaqların sayının 150-dən çox olduğunu aşkarlayıblar. Aşkar olunan qanun pozuntusuna görə toy sahibləri karantin rejimini ciddi şəkildə pozduğu üçün İnzibatı Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 200 və 400 manat civarında cərimə olunublar.

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində reydlərini davam etdirirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png