ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Hərbçimiz bədbəxt hadisə nəticəsində HƏLAK OLDU

SON DƏQİQƏ: Hərbçimiz bədbəxt hadisə nəticəsində HƏLAK OLDU
04 Noyabr 2021 - 23:18

Noyabr ayının 4-də saat 17:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb.

ONN media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun Birgə Məlumatında deyilir.

Məlumata görə, hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png