Nazir keçmiş müdiri yenidən öz vəzifəsinə qaytardı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının Nəqliyyat siyasəti şöbəsinə müdir əvəzi təyin edilib.

ONN media bildirir ki, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Əliyev Azər Rövşən oğlu sözügedən şöbənin müdir əvəzi təyin olunub.

A.Əliyev 2018-2020-ci illərdə nəqliyyat siyasəti şöbəsində müdir vəzifəsində çalışıb.

Xatırladaq ki, nazirliyin aparatının Nəqliyyat siyasəti şöbəsinə müdiri Arif Baloğlan oğlu Məmmədov 28 oktyabr tarixində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.(qaynarinfo.az)