ONN İnformasiya Agentliyi

Hikmət Hacıyev Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Hikmət Hacıyev Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
05 Noyabr 2021 - 12:35

“Azərbaycan tamamilə dağıdılan 9-dan artıq şəhəri yenidən qurmaq əzmindədir”.

ONN media  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan sülh müqaviləsi üzrə danışıqlara daima hazırdır: “Bundan sonra əməkdaşlıq mexanizminə uyğun olaraq davranmaq olar. İki ölkə arasında münasibətlər bərpa olunmalıdır. Bütün beynəlxalq ictimaiyyəti bu istiqamətdə addım atmağa səsləyirik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png