Türkiyə ordusu PKK-nın 3 terrorçusunu MƏHV ETDİ

Türkiyə Silahlı Qüvvələri İraqda PKK terrorçularına qarşı növbəti əməliyyat keçirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın şimalındakı Haftanin bölgəsində həyata keçirilən əməliyyatda daha 3 terrorçu məhv edilib.

Terrorçulara qarşı əməliyyatlar davam edir.