ONN İnformasiya Agentliyi

Rusiya XİN-dən AÇIQLAMA: Azərbaycan və Ermənistan ictimaiyyəti arasında…

Rusiya XİN-dən AÇIQLAMA: Azərbaycan və Ermənistan ictimaiyyəti arasında…
09 Noyabr 2021 - 13:44

Rusiya öz tərəfdaşları ilə birlikdə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələrini ardıcıl şəkildə həyata keçirmək niyyətindədir.

ONN media xəbər verir ki, bu barədə Rusiya XİN-in Qarabağla bağlı üçtərəfli razılaşmanın imzalanmasının birinci ildönümü ilə bağlı bəyanatında deyilir.

Bəyanatda qeyd edilir: “Biz Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli İşçi qrupun fəaliyyətini yüksək qiymətləndiririk. Biz Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılmasına kömək edəcək konkret layihələrin tezliklə işə salınmasının zəruriliyini vurğulayırıq. Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılması və sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyini qeyd edirik”.

Bildirilir ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına hər cür töhfə verəcək təmasların genişləndirilməsinə yönəlmiş sülh təşəbbüslərini dəstəkləyəcək:

“Biz həmçinin Azərbaycan və erməni xalqları arasında etimad mühitinin yaradılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası ictimaiyyətinin nümayəndələri arasında dialoqun aparılmasına kömək etməyə hazırıq. Biz Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasının, qarşılıqlı faydalı regional əməkdaşlığın inkişafının tərəfdarıyıq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png