Ceyhun Bayramovdan Atatürklə bağlı PAYLAŞIM

Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü anım günündə ehtiramla yad edirik”.

Nazir həmçinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Atatürklə bağlı sitatını da qeyd edib: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”.