Prezident İlham Əliyev Türkiyəyə səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə iştirak etmək üçün Türkiyə Respublikasına səfərə gedib.

ONN media  xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Atatürk Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.