ONN İnformasiya Agentliyi

İstanbulda Türk Şurası dövlət başçılarının Zirvə görüşü başlayır

İstanbulda Türk Şurası dövlət başçılarının Zirvə görüşü başlayır
12 Noyabr 2021 - 14:02

İstanbulda Türk Şurasının Demokratiya və Azadlıqlar Adasında keçiriləcək 8-ci Zirvə Toplantısı çərçivəsində Türk Şurasının Sultanahmetdəki Baş Katibliyinin binasında açılış mərasimi üçün üzv ölkələrin dövlət başçıları bir araya gəlib.

ONN media xəbər verir ki, liderlər binada bir müddət söhbət etdikdən sonra açılış mərasiminə çıxıblar.

Mərasimdə şuraya üzv ölkələrin bayraqları qaldırıldıqdan sonra açılış lenti kəsilib. 

Mərasimdə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım Comert Tokayev, Qırğızıstan Prezidenti Sadir Japarov, Özbəkistan Prezidenti Şevket Mirziyoyev, müşahidəçi ölkə Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak ediblər. Şurada Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilk dəfə müşahidəçi üzv kimi iştirak edir.

Dövlət başçıları Türk Şurasının 8-ci Zirvə Toplantısının keçiriləcəyi Demokratiya və Azadlıqlar Adasına yola düşüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png