Dövlət başçılarının Zirvə görüşünda “Xarıbülbül” mesajı

İstanbulda  keçirilən Türk Şurası dövlət başçılarının Zirvə görüşünda Şuşa simvolunu əks etdirən  “Xarıbülbül” əsəri nümayiş etdirilib.

ONN media xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğan İstanbulda Türk Şurasının Demokratiya və Azadlıqlar Adasında keçiriləcək 8-ci Zirvə Toplantısı çərçivəsində Türk Şurasının Sultanahmetdəki Baş Katibliyinin binasında açılış mərasimi üçün üzv ölkələrin dövlət başçıları ilə görüşüb.  

Dövlət liderlərinin ayaqüstü söhbət etdiyi məkanda Şuşanın simvolu  olan “Xarıbülbül” rəsm əsəri də divardan asılıb. 

Bu həm də dünyaya bir mesaj kimi qiymətləndirilib.