Burak Özçivit həbs oluna bilər – BUNA GÖRƏ…

Türkiyəli aktyor Burak Özçivit həbs oluna bilər.

ONN media xəbər verir ki, buna səbəb aktyorun “Kuruluş Osman” serialının çəkilişi zamanı işçi heyətini təhqir etməsidir.

İstintaq başladılaraq Özçivitin ötən il dekabrın 8-də çəkiliş sırasında işlətdiyi ifadələrlə bağlı müraciət araşdırılıb və proses başa çatdırılıb.

İrəli sürülən iddianaməyə əsasən, Burak 3 ay 15 gündən 4 il 1 aya qədər həbs oluna bilər.

Məhkəmənin yaxın günlərdə keçiriləcəyi bildirilib.