Xalq Artisti onlayn qazancını AÇIQLADI

Xalq artisti Emin Ağalarov internet platformalarından əldə etdiyi gəlirin miqdarını açıqlayıb.

ONN media xəbər verir ki, bu barədə o, “Business FM”ə müsahibəsində danışıb.

Bu rəqəmin təxminən 1 milyon dollara (1,7 milyon AZN-red.) bərabər olduğunu deyən müğənni bu miqdarın qənaətbəxş olduğunu qeyd edib.

Xalq artisti bildirib ki, gənc artistlər daha çox qazanır: “Çünki onların auditoriyası daha çoxdur və trekləri populyardır. Onlar ilk sıralarda daha tez-tez və uzun müddət qalır”.