Metroda qadına qarşı cinayət törədən şəxs ələ keçdi

Bakı metrosunda cibgirliklə məşğul olan şəxs tutulub.

Metroda qadın sərnişin, E.N-nin mobil telefonunu cibgirlik yolu ilə oğurlayan şəxs – 1975-ci il təvəllüdlü Sahil Həbibov müəyyən olunaraq tutulub.

Metro polisinin cinayət axtarış qrupu tərəfindən oğurlanan telefon maddi sübut kimi götürülüb, sahibinə qaytarılması təmin oluncaqdır.