ABŞ səfirliyi Azərbaycana başsağlığı verdi

ABŞ-nin Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

ONN media  xəbər verir ki, bu barədə səfirliyin tvitter səhifəsində paylaşım edilib.

“Səfir Örl Litzenberger helikopter qəzasında həlak olanlara görə başsağlığı verir. Onların ailələrinə və dostlarına başsağlığı veririk”, – paylaşımda vurğulanıb.