Bakıda əyləncə proqramı LƏĞV EDİLDİ

Bu axşam Bakıda açılışı olacaq “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında planlaşdırılmış əyləncə proqramı ləğv olunub.

ONN media  xəbər verir ki, bu barədə “Nərgiz” (Nargis) Fondu İnstaqram hesabında məlumat yayıb.

Bildirilir ki, sözügedən qərar ötən gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbçinin şəhid olması ilə əlaqədar verilib.

“Açılışda heç bir musiqi olmayacaq, böyüklər və uşaqlar üçün planlaşdırılmış əyləncə proqramı isə təxirə salınır”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, tədbirin təşkilatçısı “Nərgiz” Fondudur.