Qarabağda və Zəngəzurda kazinolar açılsın – Deputatdan TƏKLİF

Qarabağda və Zəngəzurda kazinoların açılması təklif edilir.

ONN media xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində kazinolar fəaliyyət göstərirlər: “Ancaq ölkəmizdə kazinolar fəaliyyət göstərmir, yoxdur. Hesab edirəm ki, Qarabağda və Zəngəzurda kazinoların açılmasına icazə verilməlidir”.(report)