Bu gün neçə nəfər virusa yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 511 yeni yoluxma faktı qeydə alınıb, 1 178 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.