Operativ Qərargahdan “omicron” ştamı ilə bağlı AÇIQLAMA

Bugünkü tarixə Azərbaycan ərazisində “omicron” ştamına yoluxma halları qeydə alınmayıb.

Bunu Səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev bugünkü brifinqdə deyib. 

O bildirib ki, hazırda yaşadığımız sabit epidemioloji şərait hökumətimiz tərəfindən öncədən hesablanmış qaydada düzgün aparılmış əks-epidemik tədbirlər və yumşaldılma tədbirləri, seçilmə üsulu ilə sərhədlərin açılması və aktiv vaksinasiya ilə bağlıdır.