Sülhməramlılar Xankəndidə uşaqlara hədiyyələr payladı

Rusiya sülhməramlıları Xankəndi şəhərindəki uşaq reabilitasiya mərkəzində humanitar aksiya keçiriblər.

Aksiya zamanı sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan 50-yə yaxın uşağa Rusiyadan gətirilmiş yeni il hədiyyələri təqdim edilib.

Bundan başqa, sülhməramlılar mərkəzə 40 yorğan, qum terapiyası üçün 40 stol və stul təhvil veriblər.