Lotu Qulinin yaxın dostu Almatıda saxlanıldı

Kriminal aləmdə Dikiy Arman ləqəbi ilə tanınan qazax avtoritet Arman Cumaqaldıyev və onun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin 6 üzvü xüsusi əməliyyat nəticəsində Almatıda saxlanılıb.

ONN media  xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Dəstə üzvlərindən müxtəlif marka və kalibrdə silahların müsadirə edildiyi bildirilib.

Qeyd edək ki, Arman Cumaqaldıyev Türkiyədə güllələnmiş azərbaycanlı qanuni oğru Lotu Qolu ilə yaxınlığı ilə tanınırdı.

Bundan öncə, qazax avtoritetin ölkədə baş verən iğtişaşlarla bağlı müraciəti yayılmışdı.