Tanışını öldürüb başını polis idarəsinə gətirdi

Fransanın Frejüs kommunasında (Var departamenti) baş vermiş hadisə sosial şəbəkənin əsas müzakirə mövzusu olub.

ONN media xəbər verir ki, 38 yaşlı kişi kisədə gətirdiyi kəsilmiş başı polis idarəsinə gətirib. 

O, dindirmə zamanı yaxın tanışını öldürdüyünü və başını kəsdiyini bildirib. Polis onun ifadəsini aldıqdan sonra barəsində həbs qətimkan tədbiri seçilib. Onun sağlamlıq vəziyyətini yoxlamaq üçün psixoloji ekspertiza təyin edilib.