18 min nəfərin pensiyası əksik ödənib

“Ötən il ərizində 18 min nəfərin pensiyasında əksik ödəmə aşkarlanıb. Bu da illik 6 milyon manata yaxın məbləğdir”.

ONN meddia xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.

“Vətəndaşın xəbəri olmadan pensiya yenidən hesablanaraq həmin əksik məbləğ kartlara köçürülüb”, – o bildirib.