Erməni nazirdən Zəngəzur açıqlaması

Ermənistan və Azərbaycan dəmir yolu ilə bağlı qarşılıqlı anlaşmaya malikdir.

ONN media xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mger Qriqoryan deyib.

“Dəmir yolu ilə bağlı müsbət məqamlar var. Bundan əlavə, hazırda ekspertiza işləri aparılır. Nəticələri növbəti iclaslarda açıqlanacaq”, – Qriqoryan bildirib.

Onun sözlərinə görə, hazırki mərhələdə üçtərəfli qrup konkret hədəflərlə bağlı konkret işlər aparır. Dəmir yolunun Ermənistanda yerləşən hissəsində işlər gedir.