Əlillik dərəcəsini biz vermirik – MN

Müdafiə Nazirliyi (MN) sosial şəbəkələrdə yayılan vətəndaş müraciətinə cavab verib.

ONN media  xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, əlillik dərəcəsinin verilməsi Müdafiə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil.

“Bu kimi məsələlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edilməsini tövsiyə edirik”, – nazirlikdən bildirilib.