Britaniya şirkəti Azərbaycandan gedir

Böyük Britaniya şirkəti Azərbaycan bazarını tərk edir.

“BJ Sevices Company Limited” şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunduğunu elan edib. 

Məlumata əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Xanım Səfərəliyeva küçəsi, ev 16e, Time Business Center 8-ci mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Britaniyanın neft-mədən xidmətləri şirkətinin Azərbaycan filialı 1997-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Allahverdizadə Zaur Elbrus oğludur.