Azərbaycanda bir sıra tibb kolleci yenidən təşkil olunacaq – SİYAHI

Azərbaycanda bir sıra tibb kolleci yenidən təşkil olunacaq.

ONN media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci, Gəncə Tibb Kolleci, Mingəçevir Tibb Kolleci, Şəki Tibb Kolleci, Lənkəran Tibb Kolleci, Cəlilabad Tibb Kolleci, Quba Tibb Kolleci və Saatlı Tibb Kolleci publik hüquqi şəxsə çevrilmək yolu ilə yenidən təşkil ediləcək.